Bakı. Trend:
Litva Avropa İnvestisiya Bankı (AİB) ilə ölkənin müdafiəehtiyaclarının təmin olunması məqsədilə 300 milyon avro məbləğindəkreditin ayrılmasını nəzərdə tutan saziş bağlayıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, sənədi Litvanın maliyyə naziri KristupasVaytekunas və AİB-in vitse-prezidenti Karl Nehammerimzalayıblar.
“Məbləğ həm hərbi proqramlar çərçivəsində, həm də ikilitəyinatlı məhsullar üçün istifadə olunacaq”, - deyə litvalı nazirsazişin imzalanmasından sonra keçirilən mətbuat konfransındabildirib.
Vəsaitin dəniz və hava qüvvələrinin infrastrukturuna, quruqoşunlarının inkişafına, eləcə də təcili tibbi yardım texnikası vəavadanlıqlarının alınmasına yönləndirilməsi nəzərdə tutulur.