AZ

1992 və 2020 iki dövrün bir fotosu, bir tarix FOTO

Dogru.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

1992-ci ilin ağrısını, 2020-ci ilin qürurunu bir kadrda birləşdirən bu foto tariximizin ən dərin izlərini əks etdirir.

Doğru.az xəbər verir ki, dünya şöhrətli fotoqraf Reza Deqati bu görüntünü “keçmişin acısını və bu günün nəfəsini birləşdirən şahid” adlandırıb.

Reza Deqati bildirib:

“Bu zəfər mənim üçün çox böyük mənalıdır. Çünki 30 ildən artıq bir müddətdə çəkilən ağrıları, iztirabları gördükdən sonra bu gün sanki uzun bir sükutdan sonra gələn nəfəs kimidir. Bu anların keçmiş, bu gün və gələcək üçün vizual şahidi və tarixçisi olmaq mənim üçün böyük şərəfdir.”

Fotoqraf həmçinin vurğulayıb:

“Gəlin dünyaya göstərək ki, bağışlamaq uca dəyərdir, amma unutmaq olmaz. Çünki tarixini unudan millət onu yenidən yaşamağa məhkumdur.”

Hörmətlə,

Reza Deqati

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
dogru.az

2Mənbələr