AZ

Politoloq: “İbrahim Razılaşmaları ABŞ-nin qlobal güc balansını dəyişməyə hesablanıb”

“Times of Israel”in məlumatına görə, Tramp administrasiyası bu gecə daha bir ölkənin İbrahim Razılaşmalarına qoşulacağını elan edəcək. ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxışı zamanı gələcəkdə Azərbaycanın və Ermənistanın da bu prosesə cəlb oluna biləcəyini qeyd edib. Onun sözlərinə görə, Livan, Suriya və Liviya kimi ölkələrdə də normallaşma potensialı mövcuddur.

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında ABŞ Prezidenti Donald Trampın İbrahim Razılaşmalarını genişləndirməyə çalışdığını söyləyib:

"Bu razılaşma, İsrailin təhlükəsizliyinin təmininə və onun siyasi təsir imkanlarının artırılmasına xidmət edir. Eyni zamanda, bu, ABŞ-nin də qlobal geosiyasi mövqeyinin möhkəmləndirilməsinə yönəlib.
Hazırda Qazaxıstanın bu prosesə qoşulması məsələsi gündəmdədir, həmçinin Azərbaycanın və Ermənistanın adları da hallanır. Proses hələ də davam edir. Ərəb ölkələrindən də razılaşmaya qoşulanlar var və artıq onun təsir dairəsi Yaxın Şərqdən tutmuş Mərkəzi Asiyaya qədər genişlənir. Donald Trampın təşəbbüsü ilə yaradılan İbrahim Razılaşması əvvəlcə İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tuturdu". 

Politoloq indi vəziyyətin dəyişdiyini, təşəbbüsün daha da genişləndiyini və bir çox ölkələr bu prosesə cəlb olunduğunu bildirib:
"Bu siyasətin əsas məqsədi ABŞ-nin öz müttəfiq ölkələri ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələri gücləndirməkdir".


Banuçiçək Kalbalıyeva
Seçilən
23
sherg.az

1Mənbələr