AZ

Prezident rektora general rütbəsi verdi – FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr təqdim edilib.

Tribunainfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə müvafiq Sərəncam imzalayıb.

Ali rütbə ilə təltif olunanlar arasında Ümidvar Quliyev də yer alır. O, Heydər Əliyev adına Hərbi İnstitutun rektorudur. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. İxtisasca artilleriyaçıdır. Uzun illər qoşunlarda artilleriya divizionunun komandiri və digər məsul vəzifələrdə xidmət edib. Vətən müharibəsində iştirak edib və müharibədən sonra “Qarabağ” ordeni ilə mükafatlandırılıb.

Seçilən
44
tribunainfo.az

1Mənbələr