AZ

Kəlbəcər şəhərində “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib FOTOLAR

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdləri ilə yanaşı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin əməkdaşları və digər qurumların yerli nümayəndələri iştirak ediblər. Məktəbin direktoru Vəsilə Cəfərova çıxış edərək xalqımızın Böyük Zəfərinə gedən yoldan, Ali Baş Komandanın rəhbərliyi altında qazanılan qələbənin tarixi əhəmiyyətindən və qəhrəman əsgər və zabitlərimizin misilsiz igidliyindən bəhs edib. Tədbirdə məktəb kollektivi tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, müəllimlərin ifasında “Zəfər” mahnısı səsləndirilib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. AzVision.az

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
3
azvision.az

6Mənbələr