2025-ci ilin ilk doqquz ayı üçün dünyanın ən populyar avtomobillərinin adı açıqlanıb.
Avtosfer.az xəbər verir ki, avtomobillərin siyahısını “Focus2move” portalı hazırlayıb.
Yapon krossoveri “Toyota RAV4” 2025-ci ilin ilk doqquz ayında dünyada ən populyar avtomobil olub.
Avtomobil 11,2% satış artımı sayəsində bir pillə yüksələrək, bazar payını 2,5%-ə çatdırıb.
İkinci yerdə hesabat dövründə satışları 8,2% azalan “Toyota Corolla” qərarlaşıb.
İlk üçlüyü isə elektrik krossoveri “Tesla Model Y” (-11,2%) tamamlayıb.
İlk 10-luğa həmçinin, “Ford F-Series”, “Honda CR-V”, “Chevrolet Silverado”, “Toyota Camry”, “Hyundai Tucson”, “Toyota Hilux” və “Kia Sportage” daxil olub./Yeniavaz.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta