AZ

"Azərpoçt" xüsusi rejimdə çalışacaq

Yazını böyüt
Yazını kiçilt

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 8, 9 və 10 noyabr tarixlərində “Azərpoçt” MMC əhalinin poçt, maliyyə, karqo və digər xidmətlərdən rahat və səmərəli istifadə etməsini təmin etmək məqsədilə xüsusi rejimdə fəaliyyət göstərəcək.

Bu barədə hafta.az-a şirkətdən bildirilib.

Məlumata görə, bayram günlərində respublika üzrə aşağıdakı poçt şöbələri və PUDO (təhvil-təslim) məntəqələri fəaliyyət göstərəcək:

Poçt məntəqələri

İş qrafiki

Bakı şəhəri, AZ1000 indeksli poçt şöbəsi;

09:00-18:00

Bakı şəhəri, AZ1040, AZ1063 indeksli poçt şöbələri;

10:00-17:00

Bakı şəhəri AZ1002, AZ1044, AZ1124, AZ1138, AZ1144 indeksli poçt şöbələri;

09:00-17:00

Sumqayıt şəhəri AZ5000, Xırdalan şəhəri AZ0100 indeksli Müştəri Xidmətləri Şöbəsi;

09:00-17:00

Regionlarda yerləşən Müştəri Xidməti Şöbələri;

10:00-17:00

AZ1039, AZ1133 indeksli poçt şöbələrindəki PUDO məntəqələri:

09:00-17:00

AZ1017, AZ1047, AZ1104, AZ1123, indeksli poçt şöbələrindəki PUDO məntəqələri:

09:00-21:00

İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

Həmçinin, 11 noyabr tarixində respublika üzrə bütün poçt şöbələri adi rejimdə işləyəcək.

Seçilən
9
3
hafta.az

4Mənbələr