Bakı.Trend:
“AzərEnerji” ASC Böyük Zəfərin 5 illiyi münasibətilərespublikanın bir sıra bölgələrində — Mingəçevir, Naxçıvan, Qarabağvə digər ərazilərdə silsilə tədbirlər təşkil edib, şəhidlərinməzarı ziyarət olunub. Zəfər ruhunu əks etdirən bu tədbirlərin əsasmərhələsi Səhmdar Cəmiyyətin Baş İdarəetmə Kompleksində yerləşən500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzində baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi, ulu öndər Heydər Əliyevin və Vətən uğrundacanından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutlaanılması ilə başlayıb. Ardınca Prezident İlham Əliyevin tapşırığıəsasında “AzərEnerji” tərəfindən azad edilən ərazilərdə son beşildə görülən işlərə həsr olunmuş “İşığın qayıdışı” filmi nümayişolunub.
“AzərEnerji” ASC-nin sədri Baba Rzayev tədbirdə çıxış edərəkMüzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi iləqazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıb. O vurğulayıb ki,44 günlük Vətən müharibəsində Azərbaycanın otuz ilə yaxın işğalaltında olan torpaqlarını azad etməsi, Şuşada üçrəngli bayrağımızındalğalanması xalqımızın ən şanlı tarix səhifələrindən biridir.Böyük Zəfərdən keçən 5 il ərzində görülən quruculuq işlərindəndanışan Baba Rzayev bildirib ki, Cənab Prezidentin tapşırığı ilə“AzərEnerji” ASC də bu müqəddəs missiyada iştirak edib. - “Müharibəbitdikdən sonra Cənab Prezidentin energetiklərə verdiyi tapşırıq,dəqiq və aydın idi – azad edilən əraziləri ən qısa zamanda enerjiilə təmin etmək və bu torpaqları 100 faiz “yaşıl enerji” zonasınaçevirmək. Bu gün artıq bütün azad edilmiş rayonlarda Azərbaycanişığı yanır. Cəmi beş il ərzində “AzərEnerji” tərəfindən 12 yerdə330 və 110 kilovoltluq yarımstansiyalar inşa edilib, 1000kilometrdən çox ötürmə xətti çəkilib, bölgənin dairəvi enerjitəchizatı sistemi qurulub. Bundan əlavə, rəqəmsal idarəetməmərkəzləri yaradılıb və müasir innovativ texnologiyalar tətbiqolunub”.
Baba Rzayevin sözlərinə görə ölkə başçısının tapşırığı iləQarabağ və Şərqi Zəngəzurda ümumi gücü 307 meqavat olan 38 suelektrik stansiyası tikilib. Onların sırasında 42 meqavatlıq“Zəngilan SES”-lər silsiləsi və 22,5 meqavatlıq “Yuxarı Vəng” SESkimi strateji obyektlər də yer alır. Bu stansiyalardan 14-üKəlbəcərdə, 11-i Laçında, 9-u Ağdərədə, 4-ü isə Zəngilandayerləşir.
Baba Rzayev bildirib ki, hazırda bölgənin enerji tələbatı tamşəkildə bu stansiyalarda istehsal olunan “yaşıl enerji” vasitəsiləödənilir və istehsal olunan enerjinin artıq qalan 60 faizi ölkəninümumi enerji sisteminə ötürülür. Bu ərazilərdə istehsal olunan“yaşıl enerji”nin maya dəyəri digər stansiyalarla müqayisədə 3–5dəfə aşağıdır.
Beş il ərzində bu stansiyalarda 1,5 milyard kilovat-saatelektrik enerjisi istehsal edilib, nəticədə 335 milyon kubmetrtəbii qaza qənaət olunub, 620 min ton karbon qazının atmosferəatılmasının qarşısı alınıb. Ümumilikdə, azad edilmiş ərazilərdə50-dən çox enerji obyekti – 12 yarımstansiya və 38 su elektrikstansiyası inşa edilib, daha 8 yeni stansiyanın tikintisinəbaşlanılıb.
Tədbirdə çıxış edən digər natiqlər də Böyük Zəfərin və onunardınca həyata keçirilən bərpa prosesinin dövlətimizin qüdrətini vəxalqımızın birliyini göstərdiyini vurğulayıblar.
Sonda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş“AzərEnerji” əməkdaşlarına hədiyyələr təqdim olunub, tədbir bayramkonserti ilə başa çatıb.
Sonda onu da qeyd edək ki, “AzərEnerji”də çalışan 700-dən artıqşəhid ailələri, qazilər, birinci və ikinci Qarabağ mügaribələrindəiştirak edən əməkdaşlara Səhmdar Cəmiyyət tərəfindən pul mükafatıverilib.