AZ

"Real" və "Barselona"nın istədiyi Holann qərarını verdi

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Holann klubdan ayrılmağı nəzərdən keçirmir. Metbuat.az xəbər verir ki, “Real Madrid” və “Barselona”nın marağına baxmayaraq, futbolçunun “Mançester Siti”də qalmaq istədiyi iddia edilir. “TBR Football”ın nəşrinin jurnalisti Qrem Beylinin məlumatına görə, hər iki İspaniya nəhəngi Holannın müqaviləsində sərbəst qalma bəndinin olduğunu hesab edir. Bununla belə, 2027-ci ildə qədər futbolçunun “Mançester Siti”dən ayrılmayacağı hesab edilir.

Qeyd edək ki, 2022-ci ildə “Mançester Siti” Erlinq Holannı “Borussiya Dortmund”dan 51 milyon funt sterlinqə transfer edilib. Erlinq Holannın “Mançester Siti” ilə müqaviləsi 2023-cü ildə yekunlaşır.

Seçilən
13
1
metbuat.az

2Mənbələr