AZ

Türkiyədə qalmaqal 21 nəfər saxlanıldı KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyədə futbol hakimlərinin matçlara mərc etməsi ilə bağlı aparılan istintaq çərçivəsində 21 nəfər, o cümlədən 17 hakim, “Eyüpspor” klubunun prezidenti Murat Özqaya və “Kasımpaşa” klubunun sabiq sahibi Fatih Saraç həbs olunub.

KONKRET.az xəbər verir ki, İstanbul Prokurorluğunun məlumatına görə, əməliyyatlar İstanbul da daxil olmaqla 12 rayonda həyata keçirilib. İstintaq zamanı müəyyən olunub ki, şübhəli şəxslərdən iki nəfər ölkə xaricindədir, bir nəfər isə yaşadığı ünvanda tapılmayıb.

Araşdırma, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun 27 oktyabr tarixində keçirdiyi mətbuat konfransında verdiyi açıqlamadan sonra başlayıb. O, bildirib ki, peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimin 371-nin mərc saytlarında hesabı var və onlardan 152-si aktiv şəkildə mərc edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
konkret.az

2Mənbələr