AZCON Holdinq şirkətlərindən olan “Bakı Metropoliteni” QSC noyabrın 8-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
QSC-dən Sherg.az-a bildirilib ki, Zəfər Gününə həsr edilmiş hərbi parad və konsert proqramı ilə əlaqədar mərkəzi ərazilərə yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” xüsusi qaydada olmaqla, bütün stansiyalarda növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri gücləndiriləcək.
Şəhər mərkəzində keçiriləcək tədbirlərdə iştirak edəcək sərnişinlərin təhlükəsiz və rahat daşınması, eləcə də səmti daha asan müəyyən etmələri üçün stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək.
Həmçinin zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.