Bakı. Trend:
8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ekologiyavə Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər təşkilolunub.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin rəsmilərinin və əməkdaşlarınıniştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib,yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağaclarıəkilib.
Daha sonra Nazirlikdə Vətən müharibəsi iştirakçılarının və şəhidailələrinin üzvlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuştədbir keçirilib. Tədbir iştirakçıları ölkəmizin müstəqilliyi,ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanVətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib,Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandanınrəhbərliyi ilə qazanılan Zəfər tarixi hadisə olmaqla yanaşı,Azərbaycan xalqı üçün daim qürur mənbəyidir. Bildirilib ki, bumöhtəşəm qələbə ordumuzun qəhrəmanlığı və xalqımızın birliyisayəsində əldə olunub.