AZ

Yeni generallardan ikisi bu vəzifədə çalışır

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsi verilən iki zabit Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularıdır.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, yeni general Zaur Yusifli HHQ komandanının birinci müavini - Qərərgah rəisidir.

Anar Hüseynov isə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının komandiri vəzifəsində çalışır.

Onların hər ikisi Vətən müharibəsinin iştirakçılarıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 7-də Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi barədə sərəncam imzalayıb. Sərəncamla, general-mayor Kənan Əlihüseyn oğlu Seyidova, general-mayor Ağamir Əzizxan oğlu Sultanova general-leytenant, polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə, polkovnik Anar Tofiq oğlu Hüseynova, polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova general-mayor ali hərbi rütbəsi verilib. 


Telegram kanalımız
Seçilən
66
yenisabah.az

1Mənbələr