Noyabrın 8-də keçiriləcək Zəfər Gününə həsr olunmuş hərbi parad və konsert proqramı ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçəcək.Bu barədə QSC-dən bildirilib.
Paytaxtın mərkəzində yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında nəzarət və növbətçilik mexanizmləri artırılacaq, sərnişin axınının tənzimlənməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.
Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə ehtiyac yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.