AZ

Həkimlər pasiyentin icazəsiz şəklini paylaşmağa görə cinayət məsuliyyəti daşıyırmı? AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Həkimin pasiyentin icazəsiz şəklini yaymasında heç bir cinayət məsuliyyəti yoxdur. Sadəcə, vətəndaş məhkəməyə müraciət edərək ona dəymiş mənəvi zərərin əvəzini tələb edə bilər".Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. O bildirib ki, bununla yanaşı, Səhiyyə Nazirliyi və TƏBİB həmin həkimin etik qaydalara riayət edib-etməməsi ilə bağlı ayrıca tədbirlər görə bilər:"Çünki bu cür məlumatların icazəsiz yayılması etik normaların pozulması kimi qiymətləndirilir. Yaxşı ki, belə halların qarşısını almaq üçün müvafiq qaydalar və nəzarət mexanizmləri mövcuddur".Qeyd edək ki, bir neçə ay öncə əməliyyat keçirən pasiyentlərdən biri həkimin onu icazəsiz paylaşması ilə bağlı polisə müraciət edib.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
demokrat.az

1Mənbələr