AZ

Yeni reaktiv KAB lar: “Rusiya bombalarının artırılmış məsafəsi Ukraynanın hava müdafiəsinə əlavə təzyiq yaradır“ “The Telegraph“

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

"Modernləşdirilmiş planlayıcı bombalar Ukraynanın 6 vilayətini risk zonasına daxil edə bilər..."

Məsafə 200 km-ə qədər artır

Britaniyanın "The Telegraph" nəşri yazır ki, Rusiya sovet istehsalı olan planlayıcı aviabombalarını modernləşdirərək onlara reaktiv mühərriklər quraşdırıb. Bunun nəticəsində həmin bombaların uçuş məsafəsi iki dəfə artaraq təxminən 80 km-dən 200 km-ə yüksəlib.

Ukrayna hərbi kəşfiyyatının rəis müavini Vadim Skibitskinin sözlərinə görə, yeni modifikasiyalar həmçinin "yeni idarəetmə modulları" ilə təchiz edilib və bu, bombaları Ukraynanın radioelektron müdafiə vasitələrinə qarşı daha dözümlü edir.

Altı vilayət artıq risk zonasında

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Sergey Kuzanın açıqlamasına əsasən, məsafənin artması ilə daha çox şəhər və infrastruktur hədəfə çevrilir: "Bu, Poltava, Dnepropetrovsk, Xarkov, Zaporojye, Nikolaev və Odessa vilayətlərini əhatə edir". Ekspert bildirir ki, problem təkcə zərbə məsafəsinin genişlənməsi deyil.

Artıq Ukraynanın hava hücumundan müdafiə sistemi, xüsusilə də ucuz KAB-ları vurmaq üçün bahalı "Patriot" raketləri kimi sistemlərdən istifadə etmək məcburiyyətində qala bilər. Bir "Patriot" raketinin qiyməti 1 milyon dollara çata bilir, KAB isə bununla müqayisədə olduqca ucuzdur. Kuzanın fikrincə, yeni bombalar Rusiyaya onları NASAMS və IRIS-T kimi Qərb sistemlərinin vurma radiusundan kənardan buraxmağa imkan verir.

"Əhəmiyyətlidir, amma müharibəni dəyişmir"

Ekspertlər razıdır ki, bu bombalar Ukraynanın müdafiəsini daha da yükləsə də, müharibədə dönüş nöqtəsi olmayacaq: "Bu modernləşdirmə inqilabi deyil, sadəcə təkamül addımdır. Müharibənin mahiyyətini dəyişmir, amma risk coğrafiyasını genişləndirir və Ukraynanın HHM sisteminə əlavə yük gətirir".

Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirib ki, Ukrayna hava müdafiəsi bu tip bombaları vurmağa qadirdir. Hazırda Rusiya yeni modifikasiyaları yalnız test məqsədilə və "tək-tək hallarda" tətbiq edir. Kəşfiyyat məlumatlarına görə, onların kütləvi istehsalına hələ çox var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
moderator.az

2Mənbələr