AZ

Azərbaycan xalqı öz Zəfəri ilə fəxr edir Deputat

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"5 il bundan öncə Azərbaycan xalqı böyük bir qəhrəmanlıq və şücaət göstərərək, Prezidentin rəhbərliyi, xalqın birliyi, qəhrəman övladlarının şücaətini nəticəsində torpaqlarını işğaldan azad etdi".Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, bütün çətinliklərə baxmayara Azərbaycan bu zəfərə nail oldu:"Şəhidlərimizin, itkilərimizin olması bizim üçün çox çətin oldu. Ancaq ən önəmlisi odur ki, qələbəmizi təmin etdik və bu gün Azərbaycan öz tarixinin qürurlu günlərini yaşayır.Bu gün dünyada iri və xırda bir çox münaqişələr var. Azərbaycan xalqı yeganə xalqdır ki, bu münaqişələr fonunda öz torpaqlarını işğaldan azad edə bildi. Bu gün Azərbaycan xalqı öz qələbəsi ilə fəxr edir". Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr