AZ

Mərakeş millisinin məşqçisi Əşrəf Hakiminin zədəsi barədə danışıb

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Mərakeş millisinin baş məşqçisi Valid Reqragi PSJ-nin və yığmanın müdafiəçisi Əşrəf Hakimi ilə bağlı vacib açıqlama verib.

İdman.Biz bildirir ki, Hakimi Çempionlar Liqasının dördüncü turunda “Bavariya” ilə oyunda Luis Diazın sərt zərbəsindən sonra sol topuğundan ciddi zədə alıb.

“Tez qayıda biləcək bir oyunçu varsa, o da Əşrəf Hakimidir. PSJ kimi dünyanın ən yaxşı tibbi heyətlərindən birinə sahibik. Həkimimiz dünən Parisə yola düşdü. Əşrəf Afrika Millətlər Kubokunda bizimlə olacaq. Amma o, yalnız 100% formada olduqda oynayacaq”, - deyə “Footmercato” Reqraginin sözlərini sitat gətirir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
icma.az

2Mənbələr