AZ

Türkiyədə 12 deputatın toxunulmazlığını ləğv etmək istəyirlər İkisi partiya sədridir (SİYAHI)

ain.az, Mia.az portalına istinadən məlumat verir.

Türkiyədə 12 deputatın toxunulmazlığını ləğv etmək istəyirlər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinə (TBMM) həmin deputatların toxunulmazlığını ləğv etmək üçün sənədlər göndərillb.

Məlumata görə, AKP iqtidarının təşəbüsü ilə CHP sədri Özgür Özel, TİP (Türkiyə İşçi Partiyası) sədri Erkan Baş, CHP-nin parlamentdəki fraksiyasının sədr müavinləri Ali Mahir Başarır və Murat Emir də daxil olmaqla 12 parlament üzvü ilə bağlı 18 ayrı-ayrı materaillar təqdim edilib: "CHP sədri və Manisadan millət vəkili Özgür Özel, TİP sədri və İstanbuldan millət vəkili Erkan Baş, CHP-dən Ali Mahir Başarır və Murat Emir, Düzcedən CHP-li deputatı Talih Özcan, İzmirdən CHP-li  millət vəkili Ümit Özlale, İYİ Partiyasının Ankaradan millət vəkili Yüksel Arslan, Ordudan CHP-li millət vəkili Mustafa Adıgüzel, TİP-in İstanbuldan millət vəkili Saliha Sera Kadıgil, İYİ Partiyasının Qaziantepdən deputatı Mehmet Mustafa Qurban, Sakaryadan CHP-li millət vəkili Ümit Dikbayır və İstanbuldan CHP-li millət vəkili Özgür Karabatla bağlı sənədlər müvafiq komissiyada artıq araşdırılır..."

Məlumatda o da deyilir ki, Özgür Özelin buna qədər toxunulmazlığının ləğvi üçün yeddi ayrı işlər də var.

Samir Musayev

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
mia.az

1Mənbələr