AZ

Zaporojya AES in ərazisində lokal atəşkəs rejimi tətbiq edildi Qrossi

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Zaporojya Atom Elektrik Stansiyasının yaxınlığında yeni lokal atəşkəsə kömək edib.

Bakupost.az xəbər verir ki, bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi məlumat verib.

Qrossi Zaporojya AES ətrafında vəziyyəti son dərəcə ciddi adlandırıb.

“Zaporijya AES-də BAEA-nın vasitəçiliyi ilə daha bir atəşkəs qüvvəyə minib ki, bu da onun xarici enerji təchizatı ilə əlaqələrini gücləndirməyə və nüvə insidentinin qarşısının alınmasına yönəlmiş təmir işlərinə imkan verəcək”, - Qrossi deyib.

Qrossinin sözlərinə görə, elektrik enerjisinin kəsilməsi mütəxəssislərə noyabrın 8-də “Ferrosplavnaya-1” yarımstansiyasından Ukrayna xəttinə enerjinin bərpasına başlamağa imkan verəcək. İşin başlanmasından bir neçə gün sonra qoşulma gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
2
www.bakupost.az

3Mənbələr