AZ

Qaradağda erkən nikahın qarşısı alındı

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən erkən nikah mərasiminin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin Oxu.Az-a verdiyi məlumata görə, rayon ərazisində 16 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə polisə məlumat daxil olub.

Qaradağda erkən nikahın qarşısı alındı

Qeyd olunub ki, məlumat dərhal araşdırılıb və görülən tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb.

Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub. Qanunvericiliyə uyğun olaraq, mərasimin təşkil edildiyi şadlıq evinin sahibi və yetkinlik yaşına çatmayan qızın dini kəbinini kəsən şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Faktla bağlı Rayon Polis İdarəsində istintaq araşdırması davam etdirilir.

Bir daha diqqətə çatdırılır ki, qanunvericiliyinə əsasən, nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir. Bu yaş həddinə çatmamış şəxslərin evləndirilməsi qanunla qəti şəkildə qadağandır və belə hallara yol verən şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Valideynlər, ailə böyükləri belə qanunsuz addımlardan çəkinməli, övladlarının gələcəyinə məsuliyyətlə yanaşmalıdırlar.

Seçilən
3
23
far.az

10Mənbələr