AZ

Sahibkarlar futbol oynayacaq Qalibi 10 min manat mükafat gözləyir (FOTOLAR)

ain.az bildirir, Mia.az portalına istinadən.

Azərbaycanda iş adamları yenə futbol oynayacaq.

Mia.az xəbər verir ki, bir qrup şirkət və sahibkarlar bir araya gələrək ənənəvi mini-futbol turniri keçirəcək. Təşkilatçı “Marsol Qrup”dur.

Sahibkarların oynadığı futbolun bu dəfə də maraqlı özəlliyi var. Belə ki, birinci yerin qalibini 10 min manat məbləğində mükafat gözləyir.

İkinci yerin sahibi komanda olaraq “Marxal Resort & Spa”da qonaqlama imkanı əldə edəcək.

Üçüncü yerin qalibləri, həmçinin turnirdə fərqlənən oyunçular – ən yaxşı oyunçu, ən yaxşı qapıçı və ən çox qol vuran oyunçu xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

Artıq turnirin püşkü atılıb.

Tərəfdaşlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Azərbaycan Minifutbol Federasiyasıdır (AMF). 

 Püşkatma mərasimi QOLAT Sport Services-in təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, AMF-in baş katibi Orxan Hüseynov, Şəki Peşəkar Futbol Klubunun təsisçisi Elgün Hüseynov, Modern Hospital şirkətinin direktoru Taryel Ömərov, Kirpi Tekstil və Djevo markasının həmtəsisçisi və direktoru Cavid Salayev, həmçinin Moon Group şirkətinin təsisçisi Ruslan Quliyev çıxış edib. 

Natiqlər turnirin sahibkarlar arasında dostluq, sağlam rəqabət və komanda ruhunun inkişafına töhfə verdiyini, həmçinin idmanın və sosial inteqrasiyanın dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb. 

QOLAT Sport Services şirkətinin təsisçisi Səid Bağırov turnirin artıq 5 ildir uğurla təşkil olunduğunu qeyd edib.

O, 23 noyabr tarixində start götürəcək çempionat barədə ətraflı məlumat verib, turnirin yenilikləri, qaydaları və iştirakçı komandalar barədə iştirakçıları məlumatlandırıb. Daha sonra püşkatma nəticəsində komandaların qrupları müəyyənləşdirilib. 

Artıq ənənə halını alan “Marsol Minifutbol Turniri” bu il də böyük maraqla qarşılanıb.

Turnirin baş sponsoru Şəki Peşəkar Futbol Klubu, sponsoru Modern Hospital, forma sponsoru Djevo Sport, promo tərəfdaşı isə ənənəvi olaraq Moon Group şirkətidir. 

Zülfiyyə Mustafayeva

Mia.az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
mia.az

1Mənbələr