AZ

İlham Əliyev Slovakiya baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Slovakiya baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Slovakiya Respublikasının baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Slovakiya baş nazirinin müavini və müdafiə naziri Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə dövlətimizin başçısını təbrik edərək, bununla bağlı keçiriləcək hərbi parada dəvətə görə təşəkkürünü bildirib.

Qonaq, həmçinin Slovakiyanın Baş naziri Robert Fitsonun salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Slovakiyanın baş nazirinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirakını yüksək qiymətləndirib.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ABŞ Prezidentinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması məqsədilə imzalanmış sənədlərin tarixi əhəmiyyətinə toxunaraq, bunun regionda davamlı sülhün təmin edilməsində rolunu vurğulayıb.

Robert Kalinak Prezident İlham Əliyevin Slovakiyaya səfərini məmnunluqla gözlədiklərini qeyd edib.

Söhbət zamanı Azərbaycanla Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-sənaye sahələrində genişləndirilməsi üçün imkanların olduğu diqqətə çatdırılıb.

Həmçinin Slovakiyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əlaqələrinin genişləndirilməsinə göstərdiyi dəstəyə toxunulub.
İlham Əliyev Slovakiya baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibİlham Əliyev Slovakiya baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibİlham Əliyev Slovakiya baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibİlham Əliyev Slovakiya baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibİlham Əliyev Slovakiya baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Seçilən
1
49
sonxeber.az

10Mənbələr