AZ

Qarsda “Qarabağ Zəfəri beynəlxalq şeir yazma yarışması”na yekun vurulub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qars, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğu, Qars Qafqaz Universiteti və Türk Ocaqları Birliyinin Vətən müharibəsində xalqımızın qazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunmuş "Qarabağ Zəfəri beynəlxalq şeir yazma yarışması"na yekun vurulub.

AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Qars şəhərində keçirilən təntənəli musiqili-ədəbi tədbirdə seçilmiş 3 ən yaxşı şeirin müəllifinə mükafatlar təqdim olunub.

Müsabiqəyə beş ölkədən 173 müəllif qatılıb. Təcrübəli şeir, sənət mənsublarından və nüfuzlu filololoq alimlərdən ibarət münsiflər heyətinin qərarı ilə Hacı Abdulla (Hacı Nərimanoğlu) müsabiqədə 2-ci yerə layiq görülüb.

Qeyd edək ki, Hacı Nərimanoğlu tarix üzrə fəlsəfə doktoru, "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranıdır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
1
azertag.az

2Mənbələr