AZ

“İnter”in ulduzu üçün Premyer Liqa nəhəngindən rekord təklif

ain.az, Fanat saytına istinadən bildirir.

İngiltərə nəhəngi “Liverpul”, “İnter”in aparıcı müdafiəçisi Alessandro Bastonini heyətinə qatmaq üçün ciddi addımlar atıb.

Fanat.Az xəbər verir ki, “qırmızılar” 25 yaşlı italyan futbolçu üçün 88 milyon avro ödəməyə hazırdır.

İngiltərə mətbuatının məlumatına görə, “Liverpul”un baş məşqçisi Arne Slot, Van Deykin uzunmüddətli varisini məhz Bastonidə görür.

Klub rəhbərliyi də bu transferi prioritet hədəflərdən biri kimi müəyyənləşdirib.

“İnter” tərəfi isə futbolçunu satmaq niyyətində deyil, lakin yüksək təklifin klub rəhbərliyini düşünməyə vadar edə biləcəyi bildirilir.

Bastoni bu mövsüm “İnter”in müdafiəsində sabit oyunu və topla çıxış qabiliyyəti ilə diqqət çəkir. O, həmçinin İtaliya millisinin daimi üzvlərindən biridir.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
fanat.az

2Mənbələr