Sosial şəbəkədə qumar oyunlarını reklam edən 17 nəfər saxlanılıb...
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşları ilə birgə qanunsuz qumar oyunlarını reklam edən şəxslərə qarşı birgə əməliyyat-texniki tədbirlər keçirib.
Bildirilib ki, agentliyin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlər nəticəsində "Instagram", "TikTok" və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda influenserlərin, yəni sosial mediada aktiv olan bir sıra şəxslərin qanunsuz qumar və mərc oyunlarının reklamını həyata keçirdiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb.
Bununla əlaqədar qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər kiberpolis tərəfindən müəyyən olunaraq Baş İdarəyə aparılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.