AZ

Pakistan və Əfqanıstan danışıqlarda müəyyən razılaşma əldə edib

BAKI, 7 noyabr. TELEQRAF

Pakistan və Əfqanıstan nümayəndə heyətləri Türkiyədə sərhəddəki vəziyyəti həll etmək üçün danışıqlar zamanı bir sıra məsələlərdə irəliləyiş əldə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Onların fikrincə, bəzi həll olunmamış məsələlərdə qarşılıqlı anlaşma əldə oluna bilər və tərəflər “həvəsləndirici irəliləyiş” əldə ediblər.

İki ölkə terrorizmlə mübarizə və sərhəd təhlükəsizliyi sahələrində razılıq əldə etməyə çox yaxındır.

Eyni zamanda, İslamabad israr edir ki, Kabil Pakistan Təhrik-e-Taliban (Taliban hərəkatının Pakistan qolu) yaraqlıları ilə mübarizə aparmaq üçün yoxlanıla bilən tədbirlər görməlidir. Qəzetin mənbələri vurğulayırlar ki, bu məsələ ilə bağlı hələlik razılaşma əldə oluna bilməz. Onların sözlərinə görə, vasitəçi qismində çıxış edən Qətər və Türkiyə Əfqanıstan tərəfi ilə Pakistanın tələblərini yerinə yetirməyin mümkün yollarını müzakirə edir.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi həftəlik mətbuat brifinqində deyib ki, İstanbulda danışıqlar hələ tam başa çatmayıb və nəticə çıxarmaq tezdir.

Seçilən
21
teleqraf.com

1Mənbələr