AZ

“Liverpul”un müdafiəçisi karyerasını “Seltik”də davam etdirə bilər

İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Endryu Robertson mövsümün sonunda komandanı tərk edə bilər.

90deqiqe.Az “TEAMtalk”a istinadən xəbər verir ki, şotlandiyalı futbolçu doğma ölkəsinə qayıtmağa və “Seltik”lə ilkin müqavilə imzalamağa hazırdır.

Glazqo təmsilçisi hesab edir ki, 29 yaşlı futbolçunu müdafiə xəttini möhkəmləndirəcək və gənc oyunçular üçün yaxşı mentor olacaq.

Qeyd edək ki, Robertsonun “Liverpul”la müqaviləsi 2026-cı ilin ortalarınadək qüvvədədir. FIFA qaydalarına əsasən, futbolçu müqaviləsinin başa çatmasına 6 ay qalmış başqa ölkənin klubu ilə ilkin razılaşma imzalaya bilər.

Xatırladaq ki, Robertson vaxtilə “Seltik”in gənclər komandasında çıxış etsə də, əsas heyətdə oynamağa macal tapmayıb.

Seçilən
38
90deqiqe.az

1Mənbələr