Braziliyanın San-Paulu şəhərində və bu həftəsonu “Formula-1” üzrə Braziliya Qran-prisinin keçiriləcəyi “İnterlaqos” trası ətrafında güclü fırtına gözlənilir.
90deqiqe.Az xəbər verir ki, bu barədə Braziliya Meteorologiya İnstitutu məlumat yayıb.
Bildirilib ki, şənbə axşamına qədər bölgədə sutkalıq 50–100 mm arasında intensiv yağış, küləyin sürətinin isə saatda 100 km-ə qədər artacağı, eləcə də dolu yağacağı ehtimal olunur.
“Meteoroloji şərait səbəbindən elektrik enerjisinin kəsilməsi, ağacların aşması və daşqınların baş verməsi mümkündür”, – məlumatda qeyd olunub.
Hazırda çempionatda “Mclaren” pilotu Lando Norris 357 xalla liderdir. Onun komanda yoldaşı Oskar Piastri 356 xalla ikinci, “Red Bull” sürücüsü Maks Ferstappen isə 321 xalla üçüncü pillədə qərarlaşıb.