AZ

Gəncədə 31 yaşlı qadın bıçaqlanaraq öldürüldü Saxlanılan var

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Gəncədə qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, orta yaşlı qadın bıçaqlanaraq ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Qadın kəsici-deşici alətlə aldığı çoxsaylı bədən xəsarətləri nəticəsində vəfat edib. Məlum olub ki, öldürülən şəxs 1994-cü il təvəllüdlü Ayşən Sadıqovadır.

Qeyd edək ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 42 yaşlı Ramin Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
4
qafqazinfo.az

5Mənbələr