Ucarda qida məhsulları daşıyan motosikletçi kuryerlər qəzaya düşüblər. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayon mərkəzində Koroğlu küçəsində baş verib. Kuryerlərin əyləşdiyi motosiklet idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində yaralanan 2010-cu il təvəllüdlü Saleh Hüseynli və 2010-cu il təvəllüdlü həmkarı Tərlan Məsimov xəstəxanalıq olublar. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta