AZ

Dünyada ən çox gözlənilən GTA 6 gələn ilə qaldı

Musavat.com xəbər verir ki, Rockstar Games şirkəti dünyanın ən çox gözlənilən və ən iri büdcəli oyunlarından biri olan Grand Theft Auto 6 (GTA 6)-nın buraxılış tarixini dəyişib.

Yeni məlumata görə, oyun 2026-cı il noyabrın 19-da satışa çıxarılacaq. Əvvəlki rəsmi tarix isə 2026-cı il mayın 26-sı idi.

Şirkət açıqlamasında bildirib ki, GTA 6-nın ideal keyfiyyət səviyyəsinə çatdırılması üçün əlavə vaxta ehtiyac var. 

 

Musavat.com

Seçilən
72
musavat.com

1Mənbələr