AZ

ABŞ Maliyyə Nazirliyi Əhməd Əl Şaraa ilə bağlı sanksiyaların ləğvini təsdiqləyib

BAKI, 8 noyabr. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraaya qarşı tətbiq edilən birtərəfli sanksiyaların ləğv olunduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.

Qeyd olunur ki, sanksiyaların ləğvi həmçinin keçid hökumətinin daxili işlər naziri Ənəs Xattaba da şamil edilir. Sənəd “Terrorla mübarizə çərçivəsində tətbiq edilmiş sanksiyaların ləğvi” başlığı ilə yayımlanıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 6 noyabr tarixində ABŞ tərəfindən hazırlanmış qətnaməni qəbul edib. Qətnamə Əhməd əş-Şaraa və Ənəs Xattabın BMT-nin sanksiya siyahısından çıxarılmasını nəzərdə tutur.

Seçilən
33
teleqraf.com

1Mənbələr