AZ

Orban: Tramp–Putin sammiti gündəmdə qalır

Musavat.com xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban, ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra Tramp–Putin sammitinin Budapeştdə keçirilməsinin hələ də gündəmdə olduğunu bildirib.

Orban “Telex” nəşrinə açıqlamasında deyib ki, sammit lazımi şərait formalaşdıqda baş tutacaq, lakin dəqiq tarix hələ müəyyən edilməyib.

Macarıstan hökumət başçısının sözlərinə görə, Vaşinqtondakı görüşdə o və Tramp Rusiya–Ukrayna müharibəsinin dayandırılması yollarını uzun müddət müzakirə ediblər. Orban əlavə edib ki, Macarıstan ABŞ-ın sülhməramlı təşəbbüslərinə dəstək verir.

Tramp isə görüşün qapalı hissəsindən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Putinlə sammit hələ baş tutmayıb, çünki Rusiya “müharibəni dayandırmaq istəmir”. Lakin əgər görüş təyin olunsa, onun Budapeştdə keçirilməsini istədiyini qeyd edib. 

 

Musavat.com

Seçilən
72
musavat.com

1Mənbələr