AZ

Qazaxıstan Azərbaycandan keçərək Ermənistana buğda çatdırdı

BAKI, 8 noyabr. TELEQRAF

Ermənistana Qazaxıstandan gələn 1 000 tonluq buğda partiyası Azərbaycandan keçməklə çatdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan məlumat verib.

Onun sözlərinə görə, yükün daşınması Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə həyata keçirilib. Xudatyan bu nəqliyyat dəhlizinin işə düşməsini İrəvan və Bakı arasında əldə edilmiş razılaşmaların nəticəsi adlandırıb. O vurğulayıb ki, bu, həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli hadisədir.

Qazaxıstanın Ermənistandakı səfiri Bolat İmanbayev isə bu hadisəni “tarixi” adlandırıb və qeyd edib ki, bu, Ermənistan müstəqillik əldə etdikdən sonra ölkəyə gələn ilk Qazaxıstan buğdasıdır.

Seçilən
77
1
teleqraf.com

2Mənbələr