AZ

BMT: “Melisa” qasırğası Yamaykanın iqtisadiyyatına 30 faiz zərər vurub

BAKI, 8 noyabr. TELEQRAF

BMT-nin İnkişaf Proqramının hesablamalarına görə, “Melissa” qasırğasının Yamaykaya vurduğu zərər ölkənin ümumi daxili məhsulunun təxminən 30 faizinə bərabərdir.

Teleqraf xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının Yamayka, Beliz, Bermud, Kayman adaları, Törks və Kaykos adalarındakı daimi nümayəndəsi Kişan Kodai məlumat verib.

O bildirib ki, ilkin qiymətləndirmələrə əsasən, bu rəqəm yaxın günlərdə daha da arta bilər.

BMT-nin İnkişaf Proqramının məlumatına görə, ötən həftə beşinci kateqoriyalı qasırğa nəticəsində Yamaykanın qərb hissəsində təxminən 5 milyon ton tullantı yaranıb. Qasırğa 32 nəfərin həyatına son qoyub və ümumilikdə 1,5 milyon insanı təsirləndirib.

BMT İnkişaf Proqramı ilkin zərərin qiymətləndirilməsi və milli tərəfdaşlara dəstək məqsədilə 400 min ABŞ dolları ayırıb. BMT-nin Dünya Ərzaq Proqramı isə Barbadosdan hava yolu ilə humanitar yardım çatdıraraq 6 minə yaxın ailəyə bir həftə ərzində ərzaq təminatı göstərəcək.

Seçilən
70
teleqraf.com

1Mənbələr