AZ

Kolapinto Braziliya Qran-prisinə Argentina millisinin yeni forması ilə gəlib - FOTO

Argentinalı “Alpine” sürücüsü Franko Kolapinto Braziliya Qran-prisinə futbol üzrə milli komandanın yeni formasını geyinərək gəlib.

İdman.Biz bildirir ki, noyabr ayında Argentina milli komandası 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatı üçün formasını təqdim edib.

Argentina milli komandasının forması 1978, 1986 və 2022-ci illərin çempionluq formalarından ilhamlanaraq açıq mavi rəngdə üç çalarlı ənənəvi şaquli zolaqlara malikdir.

Kolapinto bu mövsüm “Formula-1”də bir xal belə qazana bilməyən yeganə sürücü olaraq qalır. Yarışın lideri britaniyalı “McLaren” pilotu Lando Norrisdir.

İdman.Biz

Seçilən
29
1
idman.biz

2Mənbələr