AZ

Ceyms Bond barədə filmin rejissoru vəfat etdi

Ceyms Bond silsiləsindən olan "Die Another Day" (Başqa gün öl) filminin rejissoru Li Tamahori 75 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə "Radio New Zealand" onun ailəsinin açıqlamasına istinadən məlumat yayıb. Məlumata görə, Tamahori evdə, yaxınlarının əhatəsində vəfat edib.

Qeyd edək ki, yeni zelandiyalı rejissorun ümumilikdə 16 filmi var. 2002-ci ildə təqdim edilən "Die Another Day" 400 milyon dollardan çox gəlir əldə edən dördüncü "agent 007" filmi olmuşdu.

Seçilən
10
1
sia.az

2Mənbələr