APA xəbər verir ki, ABŞ-ın heç bir hökumət rəsmisinin görüşdə iştirak etməyəcəyini vurğulayan Tramp Cənubi Afrikada keçirilən G20 görüşünun tam bir biabırçılıq olduğunu bildirib.
Tramp afrikalıların holland köçkünlərin, fransız və alman immiqrantların nəsillərini kəsdiyini və onları qırdığını, həmçinin onların torpaqlarını və fermalarını qanunsuz olaraq ələ keçirdiklərini iddia edib.
"Bu insan haqları pozuntuları davam etdiyi müddətcə, ABŞ hökumətinin heç bir rəsmisi görüşdə iştirak etməyəcək", - Tramp əlavə edib.
Tramp həmçinin Cənubi Afrikanın G20-də olmaması lazım olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31