Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl və daha 11 deputatın toxunulmazlıq işi Türkiyə Böyük Millət Məclisinə göndərilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Özgür Özəl, Türkiyə İşçi Partiyasının sədri Erkan Baş, CHP-nin fraksiya sədr müavinləri Ali Mahir Başarır və Murat Emir də daxil olmaqla, 12 deputata qarşı 18 toxunulmazlıq işi parlamentin Rəyasət Heyətinə təqdim edilib.
Müvafiq sənədlər aidiyyəti komissiyaya həvalə edilib.
Özgür Özələ aid 7 ayrı toxunulmazlıq işinin olduğu bildirilir.