AZ

“Prezident Paşinyana dedi ki, məsələni həll etməliyik” - VİDEO

“May ayında Nikol Paşinyan hakimiyyətə gəldi. Prezident İlham Əliyevin onunla ilk təması 28 sentyabr 2018-ci ildə Düşənbədə oldu. Orada Prezidentin öncədən planlaşdırılmamış qeyri-formal görüşü baş tutdu. Bu görüş bir saatdan artıq çəkmişdi. Həmin görüş zamanı Prezident Paşinyana müraciət edərək məsələni həll etməli olduqlarını bildirib”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib.

Nazir qeyd edib ki, N, Paşinyanın ilkin reaksiyası kifayət qədər konstruktiv olub və hakimiyyətə yeni gəldiyini, onun üçün çətin olduğunu, bəlli bir vaxt lazım olduğunu, münaqişənin həlli üçün lazımi addımları atacağını söyləyib.

“Cənab Prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması, hətta qarşı tərəfdən atəşkəsin pozulması olduğu hallarında belə qarşılıq verilməməsi ilə bağlı tapşırıq verir”, – C. Bayramov əlavə edib.

Daha ətraflı vidematerialda:

"Cebheinfo.az" 

Seçilən
17
3
cebheinfo.az

8Mənbələr