Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qaçırılaraq öldürülən məşhur rusiyalı kripto investoru Roman Novakla bağlı maraqlı məlumat yayılıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, onun Rusiyada 6,4 milyon rubldan çox borcu olub. Nəşr hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinad edib.
"Novakın borcları 6,4 milyon rubldan çoxdur",- məqalədə yazılıb.
Agentliyin məlumatına görə, Rusiyada treyderə qarşı doqquz icraat işi açılıbmış.