AZ

Bu tarixlərdə iş olmayacaq

Bu gündən etibarən Zəfər Günü ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq.

"Cebheinfo.az" xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına əsasən, hər iki tarix şənbə və bazar günlərinə təsadüf etdiyindən noyabrın 10-u və 11-i də qeyri-iş günü elan olunub.

Beləliklə, noyabrın 12-si – Konstitusiya Günü – bayramlardan sonra ilk iş günü olacaq.

Qeyd edək ki, həm Konstitusiya Günü (12 noyabr), həm də Milli Dirçəliş Günü (17 noyabr) iş günü hesab olunan bayram günləridir.

"Cebheinfo.az" 

Seçilən
152
8
cebheinfo.az

10Mənbələr