Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr ayları ərzində xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 4 milyon 808 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 263 min manat və ya 5,8% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 4 milyon 545 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 429 min manat təşkil edib ki, bu da illik müqayisədə 179 min manat və ya 71,6% çoxdur. Ötən ilin eyni dövründə 250 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 8,9% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3,4 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 5,5% təşkil edib.