Şuşa şəhərinə köçürülmüş sakinlərdən artıq 600-dək şəxsi məşğulluq tədbirlərinə cəlb edilib.
Aznews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Onlardan 587 nəfərin məşğulluğu təmin edilib (o cümlədən, 26 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 7 nəfər isə peşə kurslarına cəlb edilib.