AZ

Şahbaz Xuduoğlu: “Bağça şəhər”in sakinlərinin adından 102-yə şikayət edilib ki, “Təkərli kitab dükanı”nıməhləmizdə görmək istəmirik

Biz bir “Təkərli kitab dükanı” yaratdıq ki, ölkəni gəzsin, kitabı unudulmağa qoymasın. Çox yerdə özümüzə qarşı təpki gördük. Harada dayanırsa, o yerin bir sahibi çıxır ki, burda dayanmaq olmaz. Dövlət idarəsinin qarşısıdır – dayanmaq olmaz. Marketin qarşısıdır – dayanmaq olmaz.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib.

 

“Beş il oldu, təkərli kitabı məhələlərə və regionlara çıxardıq. Bir yerdə də səlahiyyət sahiblərindən “xoş gəldiniz” eşitmədik. Hər yerdə zabitə süngüsü, hər yerdə sorğu-sual. Digər tərəfdən də insanların biganə münasibəti, kitaba ikrah doğuran nəzərləri. Amma uşaqların sevincini gördük. Məhz budur, əlimizi soyutmayan. “Təkərli kitab dükanı” Sumqayıtda bir məhlədən qovulub, o biri məhləyə gedir. “Bağça şəhər” evlərinin komendantı sakinlər adından 102-yə şikayət edib ki, “Təkərli kitab dükanı”nı  məhləmizdə görmək istəmirik. Mən belə bir cəmiyyət heç yerdə görməmişəm və heç kəsə də arzulamıram. İnsanlıq üçün ən təhlükəli bəla ilə üzüzəyik- cahillik!” – o qeyd edib.

Tarix: 8 Noyabr 2025, 11:22   
Seçilən
57
4
pravda.az

5Mənbələr