AZ

Azərbaycan xalqının çoxəsrlik tarixinə yazılan qəhrəmanlıq salnaməsi - Vüqar Rəhimzadə

Bakı. Trend:

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Mənişğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəsgünü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq vəyaxınlaşdırdıq” çağırışı 30 illik işğal, 44 günlük İkinci Qarabağmüharibəsi, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarınıntəqdimatı oldu.

1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının“dənizdən dənizə böyük Ermənistan” sərsəm ideyasını reallaşdırmaqcəhdi Azərbaycanın kəndlərinin, şəhərlərinin dağılması, on minlərləgünahsız insanın qətli, yüz minlərlə azərbaycanlının öz tarixitorpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlıqüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlılarıdoğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmiziniqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.

Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburiköçkün həyatı sürməyə məcbur oldu. Ermənistan bu müddət ərzindəişğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətəsalmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş,Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi vəAzərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın dalğalanmasıbütün işğal dövrü ərzində dövlət siyasətinin mütləq prioriteti vəstrateji hədəfi olub.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidlitələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf, tərəqqi yoluxalqımızın torpaq həsrətinə son qoydu, tarixi ədalət bərpa edildi,azad Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Bayrağı dalğalandı.Bu yolun Azərbaycana iqtisadi, siyasi, diplomatik, hərbi sahədəqazandırdığı uğurların miqyası o qədər böyükdür ki, onları biryazıda əhatə etmək qeyri-mümkündür. Bünün üçün müharibə şəraitindəyaşayan Azərbaycanın ordu quruculuğu istiqamətində atdığı addımlaradiqqət yetirmək kifayətdir. Ulu Öndər Heydər Əiyevinmüstəqilliyimizin əbədiliyi naminə göstərdiyi qətiyyət, taleyüklüməsələlər sırasında ordu quruculuğu sahəsində həyata keçirdiyiislahatlar böyük önəm daşıyırdı. Sovetlər dövründə CəmşidNaxçıvanski adına hərbi liseyi yaratmaqla ordu quruculuğuprosesinin əsasını qoyan Ulu Öndər milli kadrların hazırlanmasısahəsindəki təcrübəsini sonrakı illərdə də uğurla davam etdirdi.Bədnam AXC-Müsavat iqtidarı dövründə ölkədəki acınacaqlı vəziyyətməlum olaylardandır. Həmin dövrdə Silahlı Qüvvələrimiztorpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarınınmüdafiəsinə xidmət edirdi. Torpaqlarımızın bir-birinin ardıncaişğalı xalqın səbir kasasını doldurmuşdu. Ümummilli Liderhakimiyyətə qayıdışı ilə Azərbaycanı düşdüyü çətinliklərdən xilasetməklə yanaşı, Qələbəyə doğru gedən yolu günbəgün yaxınlaşdırdı.Təbii ki, bunun üçün Azərbaycanın bütün sahələrdə inkişafı əsasşərtlərdən biri idi. Ulu Öndər Heydər Əliyev bu inkişafın möhkəmtəməlini yaratdı.

Bugünkü və gələcək zəfərlərər yol açan tariximüraciət

Ümummilli Lider 2003-cü ildə isə xalqa tarixi müraciəti iləbugünkü və gələcək uğurlara, Zəfərlərə yol açdı. Həmin müraciətdəcənab İlham Əliyevə Özü qədər inandığını, başa çatdıra bilmədiyiişləri, planları Onun başa çatdıracağına əminlik ifadə edildi.Prezident İlham Əliyev suverenliyimizin bərpası ilə yeni dövrəqədəm qoyan Azərbaycanda ötən il keçirilən prezident seçkilərindəinamlı qələbəsindən sonra andiçmə mərasimində “2003-cü ildə ilkdəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki,qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadınıdoğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə doluillər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaqAzərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə vəproblemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi”söyləyərək onu da qeyd etdi ki, 2003-cü ildə verdiyim bütün vədləryerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyiAzərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amalətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübutetmişik ki, böyük xalqıq, öz taleyimizi özümüz həll edirik, ölkəqarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həlledirik və əsaslı şəkildə həll edirik. Prezident İlham Əliyev onu davurğuladı ki, verdiyim vədlər arasında təbii ki, ilk növbədə,ölkəmizin ərazi bütövlüyünün bərpası idi: “O vaxt və ondan sonrakıillərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçməmərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız vəyalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllinitapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci ermənidövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasınaolursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündəncəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimibirləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyükhissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur,o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardanazad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədalətibərpa etdik.”

Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbiqüdrətini artırdı. Son illərdə formalaşan və dinamik inkişaf edənhərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar,pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur.Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbiməhsulları nümayiş olunur. Bu cür nailiyyətlər ölkəmizə öz ordusunuzəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsizimkanlar yaradıb.

Azərbaycan regionda yeni mənzərə yaratdı

Azərbaycanın iqtisadi sahədə regional və qlobal üstünlüyü dədiqqətdən kənarda qala bilməz. Bütün regional layihələrdən təcridolunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələrilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionunenerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanıntəşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədənregion ölkələrinin maraqlarını təmin edir.

Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrinsayının artmasına səbəb oldu. Azərbaycan bütün aparıcı beynəlxalqtəşkilatlarla əməkdaşlıq edərək keçmiş münaqişənin həlli üçünhüquqi bazanı möhkəmləndirdi. BMT Baş Assambleyası, QoşulmamaHərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam ƏməkdaşlıqTəşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalqtəşkilatlar keçmiş münaqişənin Azərbaycanın ərazi bütövlüyüçərçivəsində həllini nəzərdə tutan qətnamələr qəbul etdilər. Avropaİttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına,suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstəkgöstərildi.

Onu da qeyd edək ki, keçmiş Qarabağ münaqişəsinin nizamlanmasıüçün 24 mart 1992-ci ildə təsis olunmuş və artıq tarixin arxivinəgöndərilən ATƏT-in keçmiş Minsk qrupu fəaliyyətinin 28 ili ərzindəməsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illərərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Məsuliyyətli ölkəolaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayişetdirdi və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. BMTişğalçı Ermənistana təzyiq göstərmədi, yalnız tərəfləri sülhəçağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik ŞurasınınErmənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycanərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağızüzərində qalaraq icra olunmadı. Dövlət başçısı İlham Əliyev İkinciQarabağ müharibəsini şanlı tariximiz kimi qiymətləndirməklə yanaşı,bu reallığı da xüsusi qeyd edir ki, ancaq müharibə olmaya bilərdi,əgər Ermənistan və onun rəhbərliyi, işğalçının arxasında dayananqüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dördqətnaməsinə əməl, Ermənistana onun işğalçılıq siyasətinə görəsanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıqsiyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı.Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, aparılandanışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcəümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı.Hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlayabilər.

Nəhayət qisas anı yetişdi və düşmənin “məğlubedilməzordu” mifi necə dağıdıldı?

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraqAzərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Azərbaycan xalqı30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrinigözləyirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhəxəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hərgün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər,kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri,Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun vətarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 günərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpaetdi. Sentyabrın 27-də başlanan uğurlu əks-hücum əməliyyatınəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldanazad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri vərayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartazqəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçəstrateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şüküratazyüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 9-dan10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, RusiyaPrezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyantərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlardayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarınıAzərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.

İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündətorpaqlarımızın 30 illik işğalına son qoyan Azərbaycan SilahlıQüvvələri Ermənistanın “məğlubedilməz ordu” mifini dağıtdı. Vətənmüharibəsindən sonra da ordu quruculuğu istiqamətində islahatlarıdavam etdirən Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yeniKomando birləşmələrinin yaradılması, Xüsusi Təyinatlı Qüvvələrinsay tərkibinin zənginləşməsi, ordumuzun döyüş qabiliyyətininartırılması üçün hərbi-təlim məşqlərin yüksək səviyydə təşkiliErmənistan və havadarlarına ciddi mesaj oldu. Artıq inkaredilməzhəqiqətdir ki, Ermənistan və onun arxasında duran istənilən ölkəAzərbaycanla şantaj və ultimatum dili ilə danışa bilməz.

Bu gün “Nəyi, necə və nə vaxt ediləcəyini” ölkəmizin müdafiəqüdrətinin möhkəmlənməsində də tətbiq edən Prezident İlham Əliyevinqətiyyətli sərkərdəlik təcrübəsi bütün dünyaya nümunə göstərilir.Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı artır, əsgər vəzabitlərimizin qarşıya qoyulan istənilən vəzifəni yüksək səviyyədəicra etmək bacarığı təkmilləşir.

Tarixi Zəfərimiz təsdiqlədi ki…

2023-cü ilin sentyabrında Qarabağda aparılan qısamüddətli lokalanttiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. İkinciQarabağ müharibəsindəki Zəfərimiz, antiterror əməliyyatınəticəsində qazandığımız uğurlar təsdqlədi ki, Azərbaycan SilahlıQüvvələri güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarındaöz sözünü demiş, özünü təsdiqləmiş ordudur. Dünyanın güclü ordularısırasında reytinqi yüksələn Silahlı Qüvvələrimizin hərbi gücünəgörə dünya miqyasında yüksək sıralarda, Cənubi Qafqazda isə birincisırada yer alması müdafiə qüdrətimizin sarsılmaz gücününifadəsidir. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasınınformalaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılmasıistiqamətində qarşıya qoyulmuş bütün hədəflərə yüksək səviyyədənail olur. Dünyanın ən güclü orduları sırasında 10-cu, NATO-da isə2-ci olan Türkiyə Silahlı Qüvvələri ilə birgə çoxsaylı hərbitəlimlərdə iştirak edən , təcrübə mübadiləsi aparan SilahlıQüvvələrimiz müasir model əsasında yenidən qurulur. Vətənmüharibəsində Azərbaycana mənəvi və siyasi dəstəyini əsirgəməyənPakistanla da hərbi-texniki əməkdaşlıq imkanlarıgenişləndirilir.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdəmövcud imkanlarının təqdimatında öz sözünü dedi. “Biz buraya qalibkimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütüntorpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik.Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlarheç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzləöz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyayagücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməniməcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imzaatsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədiqalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır” fikirləri iləMüzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsininreallıqlarını diqqətə çatdırır.

44 gün davam edən İkinci Qarabağ savaşının XXI əsrin müharibəsiadlandırılması o deməkdir ki, döyüşün hər günü tarixə zəfər günükimi yazıldı. İşğalçıya sarsıdıcı zərbələr endirən Milli Ordumuzunəsgərləri sona qədər gedərək düşməni torpaqlarımızdan qovdu. “Bumüharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni bizşəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaətihesabına qazanmışıq” söyləyən Prezident İlham Əliyevin sərəncamlarıilə müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçinin “VətənMüharibəsi”, «Zəfər», «Qarabağ» ordenləri, digər medallarla təltifolunmasi Vətən yolunda şəhid olmuş hərbçilərimizin rəşadətinəverilən dəyər, ümumxalq ehtiramıdır. Cəbrayıl, Füzuli, Xocavənd,Suqovuşan, Hadrut, Murovdağ, Laçın, Qubadlı, Zəngilan, Şuşa,Xocalı, Xankəndi, Xocavənd…Azərbaycanın müstəqillik, qəhrəmanlıqsalnaməsinə yazılan zəfər səhifələridir. Bu torpaqlarda əbədiyaşamaq haqqımız bərpa edildi. “Biz Şuşanı dünyanın ən gözəlşəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözüvermişəm və bu sözümü də icra edəcəyəm” söyləyən Prezident İlhamƏliyev verdiyi vədi yerinə yetirərək işğaldan azad olunanərazilərin bərpasına özü nəzarət edir.

Tarixi-mədəni irsimizin məhvi bəşəricinayətdir

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında apardığıetnik təmizləmə siyasətini pisləyərək, xalqımıza məxsustarixi-mədəni irsin, İslam abidələri və məscidlərimizindağıdılmasını bəşəri cinayət adlandıraraq mövqelərinibəyanatlarında rəsmən təsdiqləyən beynəlxalq təşkilatlar,Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığınıbildirən müsəlman ölkələri erməni vandallarının işğal etdikləriərazilərdə dini ocaqlarda törətdikləri vəhşilikləri bəşəri cinayətadlandırırlar. Ağdam şəhəri “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri”adlandırılır. Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtıŞuşaya səfəri zamanı qədim şəhərin əvvəlki simasına qaytarılacağınıbildirən Prezident İlham Əliyev onu da vurğulayır ki, diniabidələrin bərpasında, quruculuq işlərində müsəlman ölkələrininiştirakı İslam həmrəyliyinin nümunəsidir. İşğaldan azad olunmuşərazilərin minalardan təmizlənməsində, yol infrastrukturununinşasında Türkiyə şirkətlərinin iştirakı ilə bağlı razılaşmalardostluq və birliyin əbədiliyini göstərir. Türk dünyasının birliyibu gün azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslıbərpa-quruculuq işlərində aydın görünür.

Mədəniyyət paytaxtımız olan Şuşanın dünyanın ən gözəlşəhərlərindən birinə çevrilməsini ən önəmli vəzifə kimi qarşıyaqoyan, «Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq vəqaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və ovaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünkimüharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibəninilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğruuğurla irəliləyirdik» söyləyən Prezident İlham Əliyev onu da qeydedir ki, hədəfimiz Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-dəAzərbaycan Bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü,təslim oldu, ağ bayraq qaldırdı. Biz Kəlbəcər, Laçın, Ağdamrayonlarını bir güllə atmadan geri götürdük. Şuşanın azad olunmasıgünü Zəfər günü elan edildi.

Şuşanın erməni əsirliyindən azad olunmasını tam qələbəmiz kimidəyərləndirən Prezident İlham Əliyevin “O vaxt demişdim ki,Azərbaycan Bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, bizhamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! Şuşa yenə də öztarixi simasını bərpa edəcəkdir” sözləri Böyük Qayıdışa çağırışidi.

XXI əsr üçün yeni üslub, yeni model nitqstrategiyası

İkinci Qarabağ müharibəsi Azərbaycanın informasiya cəbhəsindəüstünlüyünü də nümayiş etdirdi. Prezident İlham Əliyev tərəfindənİkinci Qarabağ müharibəsi dövründə verilmiş müsahibələrin hər biriAzərbaycanın diplomatik uğurudur. Prezident İlham Əliyev müharibədövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibəverdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətəçatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bumüsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər AliBaş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeniüslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələrireal mübarizə üsuluna çevirən Azərbaycan Prezidenti informasiyamüharibəsində də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğankonkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər AliBaş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanınfikrini dəyişdirməyə müvəffəq oldu. Prezident İlham Əliyevinürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir sözü, hərbir fikri xalqın hafizəsinə əbədi həkk olundu, dillər əzbərinəçevrildi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindənsəsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlətbaşçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısındasönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibədövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxsləbərabər, doğma insan, xalqın yenilməz övladını görürdülər.

Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılanaddımlar

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamıilə Zəfər Günü təsis edildi. Hər il noyabrın 8-i Azərbaycanda ZəfərGünü kimi təntənəli şəkildə qeyd edilir. Zəfərimizinəbədiləşdirilməsi istiqamətində atılan addımlar sırasında BakıdaVətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyininyaradılmasını qeyd etməliyik. Azərbaycan əsgərinin İkinci Qarabağmüharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığımöhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsininəbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3dekabr tarixli Sərəncamı ilə Bakıda Vətən müharibəsi memorialkompleksinin və Zəfər muzeyinin yaradılması tapşırıldı. 2024-cü ilnoyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirildi.Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu,Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər vəzabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədiləparkın ərazisində Zəfər muzeyi də yaradılır.

Tarixi Zəfərimizin reallıqlarının təbliğində 10 dekabr 2020-ciildə keçirilən Zəfər paradı da əhəmiyyətli rol oynadı. BakınınAzadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycanəsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştiraketdilər. Paradı Azərbaycan Prezidenti, Azərbaycan SilahlıQüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxriqonaq qismində dəvət olunmuş qardaş Türkiyənin Prezidenti RəcəbTayyib Ərdoğan qəbul etdilər. Paradda yerli və xarici rəsmiqonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümünə həsredilən hərbi parad isə Xankəndi şəhərində keçirildi.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə açıq havadayaradılan Hərbi Qənimətlər parkı da Zəfərimizin əbədiləşdirilməsiistiqamətində atılan addımlar sırasındadır. 2021-ci il 12 apreltarixində Hərbi Qənimətlər Parkının açılışı oldu. Parkdaeksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunanərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbiavtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “QarabağAzərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindəntörədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaqolan ərazilərimizin raket zərbələrinə məruz qalması, dincsakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşməntərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketininqalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndənqənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dənçox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüşmaşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcısilahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar,Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfərqazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkanyaradır.

Böyük Qayıdışın ünvanları artır

Prezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə BöyükQayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”Sərəncam imzaladı. İşğaldan azad edilmiş ərazilərə Böyük QayıdışAzərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimimüəyyən olunub. Azərbaycan öz torpaqlarını azad etməklə tarixiinkişafının irimiqyaslı bərpa-quruculuq layihələri iləsəciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çoxölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoydu. Vətənmüharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərinminalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasiryaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadifəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası,xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlərgörülüb. İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadifəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsizşəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlıməskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülənişlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafındaqazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirdi.Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zənginimkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bumərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnolojitərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslıtexnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Azad olunmuşərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 milyardmanat vəsait ayrılmışdır. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə vəkəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşasıtamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyasıtəmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayışməntəqəsinin isə təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərəBöyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezidentİlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə BöyükQayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasınıtapşırdı.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda bura köçürülən keçmişməcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrinicrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrindəxidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamışsəhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetikamüəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxilolmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Azad Qarabağ və Şərqi Zəngəzur dirşəlir. Dövlət başçısı İlhamƏliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldanazad edilmiş ərazilərimizə çoxsaylı səfərlərinin hər biri BöyükQayıdış prosesinin daha da sürətləndirir. Böyük Qayıdış ProqramınınI mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburiköçkünün bu torpaqlara qayıdışı nəzərdə tutulur.

Qalib, bütövləşən Azərbaycan Zəfərinin beşinciildönümünü qürurla qeyd edir

Tarixi Zəfərimizin beş illiyini Azərbaycanın imza atdığımöhtəşəm uğurların, Zəfərlərin fonunda qeyd edirik. Bureallıqlardan biri də Azərbaycanın regionda dayanıqlı sülhün təminedilməsi üçün Ermənistana təklif etdiyi sülh təklifinin reallığaçevrilməsinə az bir müddətin qalmasıdır. Azərbaycanın ədalətə vəbeynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstək yüksəksəviyyədədir. Bu ilin avqustunda dövlət başçısı İlham ƏliyevinABŞ-a reallaşdırdığı işgüzar səfər çərçivəsində əldə olunanVaşinqton razılaşmaları özündə mühüm məqamları ehtiva edir.

Qalib, bütövləşən Azərbaycan Zəfərinin beşinci ildönümünü qeydedir. Bu beş il dünənimizə baxış, qarşıdakı dövrün hədəflərinintəqdimatıdır. Uğurlarımız saysız-hesabsızdır. Onları sadalamaqlabitməz. Əsas olan budur ki, Ümummilli Liderin şah əsəri olan müasirmüstəqil Azərbaycan Onun layiqli davamçısı, Prezident İlhamƏliyevin rəhbərliyi ilə qalib, bütövləşən Azərbaycana çevrildi.Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il keçirilənprezident seçkilərindən sonra andiçmə mərasimində yeni dövrünhədəflərinin fonunda qətiyyətlə qeyd etdiyi kimi, yeni dövrəalnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyüknailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərintarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icraedildi. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizidaha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub.Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi,istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazibütövlüyümüzü bərpa edə bilməzdik: “Uzun danışıqlar prosesiçərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəlisürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçünqəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağıərazimizin hər bir yerində dalğalanacaq.”

Bu gün hər bir bayramımızı belə xoş ovqatda qeyd edirik. 8Noyabr - Zəfər Günü, həmçinin Şuşa Şəhəri günüdür. Müzəffər Ali BaşKomandan İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsimüjdəsini xalqa çatdırarkən səsləndirdiyi bu çağırışı bir dahaxatırlatmaq istərdik: “Mən bu gün Ulu Öndər Heydər Əliyevinməzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdədedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanıazad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərinruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsundünya azərbaycanlıları!"

Vüqar Rəhimzadə,

Milli Məclisin deputatı

Seçilən
12
6
az.trend.az

10Mənbələr