AZ

Tunis Azərbaycandan neft alışını - 2 DƏFƏ AZALDIB

Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında Tunisə 187 min ton neft ixrac edilib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Tunisə ixrac edilmiş neftin dəyəri isə 102,3 milyon dollar olub.

Son bir il ərzində ixracın həcmində 194,6 min ton (1,9 dəfə), dəyərində isə 140,8 milyon dollar (1,7 dəfə) azalma baş verib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayında isə Azərbaycan Tunisə 243,1 milyon dollar dəyərində 381 min 622 ton neft ixrac etmişdi.

Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə Tunisə ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 930 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 153 manat (14,1%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1083 manata bərabər olub.

Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Tunis 2025-ci ildə 11-ci, 2024-cü ildə isə 10-cu yerdə olub.

Seçilən
42
fed.az

1Mənbələr