AZ

Türkmənistan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir

BAKI, 8 noyabr. TELEQRAF

Aşqabadda Türkmənistan-Avropa İttifaqı Birgə Komitəsinin 24-cü iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İclasda makroiqtisadi vəziyyət, ticarət əməkdaşlığı və Türkmənistanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dəstək, nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsallaşma, enerji və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq, eləcə də humanitar və təhsil proqramları müzakirə edilib. Mərkəzi Asiya-Aİ formatında regional əməkdaşlıq da müzakirə olunub.

Tərəflər ticari-iqtisadi tərəfdaşlığın, kiçik və orta sahibkarlığın inkişafı və ticarət dövriyyəsinin genişləndirilməsinin cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıblar. Müzakirənin əhəmiyyətli hissəsi nəqliyyat əlaqələrinin inkişafı məsələsinə həsr olunub.

Görüşdən sonra tərəflər əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Seçilən
25
teleqraf.com

1Mənbələr