AZ

Messi “Qalatasaray”da oynaya bilər

Türkiyənin “Qalatasaray” klubu Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının hücumçusu Lionel Messini heyətinə qatmaqda maraqlıdır.

Tribunainfo.az Lent.az -a istinadla xəbər verir ki, məlumata görə, türk klubu ulduz futbolçu ilə MLS liqasında mövsümlərarası fasilə dövrü üçün dörd aylıq icarə müqaviləsi bağlamaq istəyir. ABŞ çempionatında əsas mərhələ oktyabrda başa çatır, pley-off isə dekabra qədər davam edir. Bundan sonra növbəti mövsümə qədər dörd aylıq fasilə olur.
Qeyd edilir ki, məhz bu fasilə Messinin “Qalatasaray”a keçməyə razı olmasına səbəb ola bilər, çünki o, 2026-cı il dünya çempionatı öncəsi formasını qorumaq istəyir.
Messi 2021-ci ildə “Barselona”dan ayrılaraq Fransa klubu PSJ-yə keçib və iki mövsüm orada çıxış edib. 2023-cü ildə Messi “İnter Mayami” klubuna transfer olunub və 2025-ci ilin oktyabrında müqaviləsini 2028-ci ilə qədər uzadıb.
Seçilən
6
1
tribunainfo.az

2Mənbələr